DÜNYA

30 Yanvar

Rusiya Çinlə sərhədi bağladı

Rusiya koronavirusa görə Çinlə sərhədi bağlayıb.

 

Rusiyanın baş naziri Mixail Mişustin bununla bağlı sərəncam imzalayıb. 

 

"Bu gün sərəncam imzalanıb. Uzaq Şərq vilayətində sərhədlərin bağlanması ilə əlaqədar hökumətin görəcəyi tədbirlər və digər addımlar barədə məlumat verəcəyik", - M.Mişustin qeyd edib.