DÜNYA

20 Yanvar

Davos Zirvəsində 119 milyarder iştirak edəcək

Milyaderlər və dünyanın geri qalanı bir-birindən gedərək uzaqlaşarkən, 119 milyarder bu həftə İsveçrədə keçiriləcək Davos Zirvəsində iştirak edəcəklər. Həmçinin Zirvədə bankirlər, siyasətçilər və digər qabaqcıl şəxslər görüşəcəklər.

 

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, təxminən 100 ölkədən 2 mindən çox adın olduğu qonaq siyahısında "Bridgewater Associates LP"in qurucusu Rels Dalio-nun, "Blackstone Group Inc"ın başçısı Steve Schwarzman-ın və "JPMorgan Chase Co"ın direktoru Jamie Dimon-ın da adı var. 

 

Zirvəyə qatılacaq milyarderlərin cəmi sərvəti 500 milyard dollardan çoxdur. Xəritədə qonaq siyahısındakı milyarderlərin haralardan qatıldığı göstərilir.