DÜNYA

18 Yanvar

Zelenski baş nazirin istefasını qəbul etmədi SƏBƏB

Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Qonçarukun Baş Nazir postundan istefasını dəstəkləməkdən imtina edib. Fins.az-ın məlumatına görə, bu barədə “Reuters” yazıb.

Dövlət başçısı Baş Nazirə şans vermək qərarına gəlib. Zelenski hökumətdə zəif bəndlərin tapılmasının və onların dəyişdirilməsinin zəruriliyində israr edir.

 

Xatırladaq ki, Aleksey Qonçaruk yanvarın 17-də vəzifəsindən istefa verib. O, istefasını hökumət iclaslarının audio yazılarının yayımlanması ilə əlaqələndirib. Bildirib ki, bunlar quramadır.