DÜNYA

17 Yanvar

Gürcüstan elektrik enerjisi idxalını azaldacaq

“Qardabani-2” istilik elektrik stansiyası Gürcüstanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı idxal olunan elektrik enerjisinin də həcmini əhəmiyyətli dərəcədə azaldacaq”.

Fins.az xəbər verir ki, bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru Givi Baxtadze İES-in rəsmi açılış mərasimində bildirib.

O deyib ki, stansiya ildə 1,3 milyard kilovatt/saat elektrik enerjisi istehsal edəcək ki, bu da Gürcüstanın illik istehlakının 11%-nə bərabərdir.

G.Baxtadze İES-də 200-ə yaxın şəxsin daimi işlə təmin olunacağını qeyd edib. 

©report