DÜNYA

17 Yanvar

Dünyanın ən böyük ikinci iqtisadiyyatı proqnoza paralel artıb

Çin iqtisadiyyatı üçüncü rübdə az qala 30 ilin ən yavaş artımını qeyd etməsinin ardından dördüncü rübdə illik 6% artıb.

 
Fins.az xəbər verir ki, 2019-da sərmayələr 5.4% artıb.Dünyanın ən böyük ikinci iqtisadiyyatındakı artım 2018-ci ildəki 6.6%-lik artımdan aşağı olsa da hökumətin hədəfinə paraleldir.

 

Bu həftə birinci mərhələ ticarət razılaşmasının imzalanması ilə qlobal tələbin artması, eyni zamanda Çin sənayesinin və ixracatının yaxşılaşacağı gözlənilir. 

 

Dekabr ayında sənaye istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 6.9% yüksəlib. Proqnoz 5.9% artım olacağı istiqamətində idi.  Bu artımda "yeni il" təsirinin də ola biləcəyi qeyd edilib.  

 

Pərakəndə satışlar isə 7.9% proqnoza qarşı 8% artıb. 

 

Çində dekabr ayında işsizlik nisbəti isə 5.1%-dən  5.2%-ə yüksəlib.

 
©Marja