DÜNYA

15 Yanvar

Qlobal kompüter satışları 2011-dən bəri ilk dəfə artıb

Qlobal kompüter satışlarının 2019-cu ildə 2011-ci ildən bəri ilk dəfə artdığı açıqlanıb.

 

Fins.az xəbər verir ki, "Gartner" araşdırma şirkətinin hesabatına görə, keçən il kompüter satışları 2018-ci illə müqayisədə 0,6% artaraq 261,2 milyon ədədə yüksəlib.

 

Beləliklə, kompüter satışları 2011-ci ildən bəri ilk dəfə artmışdır.

 

Araşdırmaya görə, "Windows 10" yenilənməsi satışları artırıb. Ən çox artım ABŞ, Yaponiya, Avropa, Orta Şərq və Afrika (EMEA) bölgəsində qeydə alınıb.

 

IDC araşdırma şirkətinin hesabatına görə isə, keçən il qlobal miqyasda 62,9 milyon ədəd ilə Çinin Lenova şirkəti (Bazar payı 24,3%) dünyanın ən çox kompüter satan şirkəti olub. 

 

"Hewlett-Packard" 62,9 milyon ədəd ilə (bazar payı 23,6%) 2-ci, "Dell" 46,5 milyon ədəd satışla (bazar payı 17,5%) 3-cü, "Apple" 17,9 milyon ədəd satışla (bazar payı 6,6%) 4-cü və Tayvanın "Acer" şirkəti 17 milyon ədəd satışla 5-ci yeri tutub.