Rusiyanın ən varlı qadınlarından biri olan Tatyana Bakalçuk Qərbə doğru ticari ekspansiyaya başlayıb.
Fins.az xəbər verir ki, qadına məxsus “Wildberries” internet-maqazası Polşada satışlara başlayıb.
“Polşada satışların açılması bizim beynəlxalq strategiyamızın tərkib hissəsidir. Rusiya istehsalçıları “Wildberries” sayəsində yeni iri bazara çıxış əldə etdilər”, - deyə şirkətin inkişaf üzrə direktoru Vyaçeslav İvaşenko bildirib.
Daha əvvəl “Wildberries” Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanda satışlar həyata keçirib və rəğbət qazanıb.
2019-cu ilin dekabrında “Forbes” jurnalı Tatyana Bakalçuku dünyanın 10 görkəmli yeni milyarderi siyahısına daxil edib. Onun varidatı bir milyard dollar təşkil edir.