DÜNYA

08 Yanvar

OPEC-in Baş katibindən Trampa məktub - \"OPEC təkbaşına bacarmayacaq\"

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Barkindo, ABŞ Prezidenti Donald Trampa məktub yazıb.

Fins.az xəbər verir ki, Barkindo yazdığı məktubunda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) təkbaşına neft bazarlarını sabitləşdirə bilməyəcəyini qeyd edib, OPEC-in əlavə istehsal gücünün gündəlik 3 - 3.5 milyon barel arasında olduğunu bildirib.

Barkindo, İranın İraqdakı ABŞ bazasına təşkil etdiyi hücumdan sonra İraqın neft istehsalı təsislərinin güvən altına alındığını və istehsala davam edildiyini qeyd edib və əlavə edib:

"İraqdakı təsislərin güvən altına alınması yaxşı bir xəbərdir, istehsal davam edir."

Qeyd edək ki, Orta Şərqdə ABŞ və İran arasında müharibə başlasa neft hasilatının azalacağı və qiymətlərin kəskin yüksələcəyi gözlənilir. OPEC-in baş katibi belə bir vəziyyətdə azalan hasilatı kompensasiya edə bilməyəcəklərinə işarə edir.