DÜNYA

07 Yanvar

Vladimir Putin yanvarın 8-də Türkiyəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də Türkiyəyə işgüzar səfər edəcək.

Fins.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, V.Putin “Türk axını" qaz boru kəmərinin istismara verilməsi ilə bağlı mərasimdə iştirak etmək üçün İstanbula gedəcək.

Bununla yanaşı, V.Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağı, Rusiya-Türkiyə əməkdaşlığının daha da inkişaf etdirilməsi və aktual beynəlxalq məsələlərin, o cümlədən Suriya və Liviyadakı vəziyyətin müzakirə ediləcəyi bildirilir.