DÜNYA

07 Yanvar

Bu ölkə meyvə və tərəvəzdən - 2,26 MİLYARD DOLLAR QAZANIB

Türkiyə 2019-cu ildə meyvə və tərəvəz ixracından 2,26 milyard dollar gəlir əldə edib.

Fins.az xəbər verir ki, bu barədə Akdeniz Yaş Meyvə Tərəvəz İxracatçılar Birliyinin rəhbəri Nejdat Sin bildirib.

Onun sözlərinə görə, ötən il Türkiyə xaricə 755,7 milyon dollarlıq sitrus meyvəsi, 845,46 milyon dollarlıq meyvə, 644,16 milyon dollarlıq isə tərəvəz ixrac edib. Çay ixracı isə ötən il 15 milyon dollar olub. 2019-da Türkiyədən ən çoc ixrac edilən məhsul mardarin olub – 758 min ton və ya 347,33 milyon dollarlıq. İkinci yeri pomidor - 304,5 milyon dollar, üçüncü yeri isə limon tutur - 244,8 milyon dollar. Türkiyənin meyvə tərəvəzində ən çox ixrac Rusiyayadır – 13% artımla 746,3 milyon dollar. İkinci yeri Almaniya tutur – ötən illə müqayisədə 5% artımla 215 milyon dollar.

© FED