DÜNYA

07 Yanvar

"ABŞ-İran gərginliyi sarsıntılara səbəb olacaq"

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasındakı gərginliyin uzun müddət davam etməsi iqtisadiyyat və maliyyə sektorunda sarsıntılara səbəb olacaq.

Bunu beynəlxalq kredit reytinq agentliyi “Moody's” acıqlamasında bildirib.

“Uzunmüddətli gərginliyin dünya iqtisadiyyatına potensial təsirləri olacaq, gərginlik xüsusən neft qiymətlərinə güclü təsir edəcək”, -  deyə reytinq agentliyinin acıqlamada qeyd edilib.

Məlumata görə, iki ölkə arasındakı gərginlik Yaxın Şərqdə sadəcə neft qiymətlərinə deyil bank, turizm kimi qeyri-neft sektorlarına da ciddi təhlükə yaradır.

© "Report"