Almaniya Kansleri Angela Merkel Rusiyaya səfər edəcək.
Fins.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin dəvətilə reallaşacaq.
Səfər çərçivəsində beynəlxalq gündəmdə olan aktual mövzular, Suriya və Liviyadakı vəziyyət, eləcə də Yaxın Şərqdə gərinliyin artması ilə bağlı məsələlər müzakirə olunacaq.