Rəsmi Vaşinqton İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.
Fins.az xəbər verir ki, bu barədə “Röyters” amerikalı məmura istinadən məlumat yayıb.
Qeyd olunur ki, XİN rəhbəri yanvarın 9-da BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etməli imiş. Amerika ona öncədən viza versə də, sonradan bundan imtina edib.
Xarırladaq ki, yanvarın 3-də İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.
Zərif ABŞ-ı generalı Süleymaninin qətlinə görə qınayıb. Bundan əlavə, İran Prezidenti Həsən Ruhani və Müdafiə naziri Əmir Xatəmi Vaşinqtondan qisas alınacağına və bu yüksək səviyyəli hərbi liderin ölümünə görə sarsıdıcı cavab veriləcəyinə vəd verib.