DÜNYA

07 Yanvar

Fransa: ABŞ-a cavab verməyə hazırıq

Fransanın maliyyə naziri mətbuata verdiyi açıqlamasında ABŞ ilə münasibətlərə də toxunub.

Fransanın maliyyə naziri Bruno Le Mer bazar ertəsi yerli mətbuata verdiyi müsahibəsində, ölkəsinin yeni rəqəmsal vergi siyasətinə qarşı ABŞ-ın sanksiyaları fonunda xəbərdarlıq edib. 

Amerikanın Fransanın rəqəmsal vergi siyasətinə qarşı sanksiyalar tətbiq edəcəyi təqdirdə, cavabsız qalınmayacağını bildirən Bruno, bu istiqamətdə Dünya Ticarət Təşkilatına dərhal müraciət edəcəklərini də əlavə edib. 

Qeyd etmək lazımdır ki, ABŞ ilə Fransa arasında qarşılıqlı iqtisadi sanksiyaların tətbiqi, dünya iqtisadiyyatına mənfi təsir edir. Artan risklər fonunda isə dollar və qızıla olan tələb də artır.