İtaliyanın İqtisadiyyat və Maliyyə naziri Roberto Qualtyeri parlamentdə büdcənin müzakirəsi zamanı bildirib ki, 2018-ci illə müqayisədə ölkədə vergi yükünün həcmi 7 milyard avro azaldılacaq. Bundan əvvəl isə bildirilmişdi ki, İtaliya hökuməti 2020-ci ildə bir sıra vergilər, o cümlədən plastik qablaşdırmalar və tərkibində şəkər olan içkilər üçün yığımlar tətbiq etməyi palanlaşdırır. Bununla bərabər, hökumətin əlavə dəyər vergisinin artırılmasına tətbiq olunan moratoriumun müddətinin uzadılması və əhalinin, eləcə də müəssisələrin müəyyən kateqoriyaları üçün vergi dərəcələrinin aşağı salınması planları barədə də məlumatlar yayılımışdı.