DÜNYA

29 Dekabr

\"Brexit\"-lə bağlı YENİ QƏRAR

Avropa Komissiyasının yeni sədri Ursula fon der Leyen Avropa İttifaqı ilə Böyük Britaniya arasında Brexitdən sonrakı dövrdə ticarət danışıqlarının müddətinin uzadılmasına ehtiyac olacağını açıqlayıb. O, hər iki tərəfin bu razılığa gəlmək üçün ciddi düşünməli olduğunu söyləyib. Leyen müddətin yalnız ticarət deyil, digər mövzuları da müzakirə etmək üçün son dərəcə qısa olduğunu vurğulayıb.

Britaniya 2020-ci il yanvarın 31-də Avropa İttifaqını tərk etməlidir. Lakin İttifaqla 2020-ci ilin sonunadək (11 ay) ticarət əlaqəsi əvvəlki kimi davam edəcək.

Böyük Britaniyanın Baş Naziri Boris Conson Brexitdən sonrakı keçid dövrünün 2020-ci il dekabrın 31-dən sonra uzadılmayacağını bildirmişdi.