DÜNYA

26 Dekabr

Kapitallaşma üzrə dünya reytinqi açıqlanıb

Bu il Çinin dünyaca məşhur elektron ticarət şirkəti olan "Alibaba Group"un bazar dəyəri 570 milyard dollara çatıb. Bu da bir il əvvəlki analoji göstəricidən 60% çoxdur.

Fins.az xəbər verir ki, kapitallaşma üzrə dünya reytinqində “Alibaba Group” yeddinci yerdədir, ondan bir pillə yuxarıda isə 588 mlrd. dollarlıq kapitallaşma ilə “Facebook” qərarlaşıb.

Qeyd edək ki, analitiklər Asiyada texnoloji şirkətlərin səhmlərinin dəyərinin artım tendensiyasının gələn il də davam edəcəyini proqnozlaşdırır.

 

 

Müəllif: Aynur Qəniyeva