DÜNYA

24 Dekabr

FED-in repo əməliyyatlarına tələb azalıb

ABŞ-ın Federal Ehtiyyat Sisteminin (FED) nağd pul əməliyyatına maliyyə bazarlarından gözləntilərdən az tələb gəlib.

Fins.az xəbər verir ki, 15 günlük qısamüddətli repo əməliyyatı üzrə təklif 35 mlrd dollar, tələb isə 28,8 mlrd dollar təşkil edib.

Qeyd edək ki, repo əməliyyatları üzrə ixtisaslaşmış beynəlxalq "Curvature Securities" təşkilatı ilin sonuna repo əməliyyatları üzrə faiz dərəcələrinin 3,55 - 3,75% civarında sabitləşdiyini və overnayt əməliyyatlarının repoya nisbətinin isə 2 dəfə çox olduğunu vurğulayıb.

Xatırladaq ki, FED ümumi girov depozitləri üçün bir günlük faiz dərəcələrinin, təxminən, 2%-dən 10%-ə qalxmasından sonra repo vasitəsi ilə bazarlarına likvidlik gətirir və maliyyə ehtiyyatlarını artırmaq üçün dövlət istiqrazları alır.

© Report