DÜNYA

24 Dekabr

Bərpa olunan enerji mənbələri – İLK DƏFƏ QAZI ÜSTƏLƏYİB

İngiltərədə külək, günəş, hidroenerji və digər bərpa olunan mənbələrdən alınan enerji ilk dəfə qazdan alınan enerjini üstələyib.

Fins.az xəbər verir ki, 2019-cu ilin iyul-avqust-sentyabr - 3 ayında ölkədə istehsla edilən enerjinin 38,9%-i bərpa olunan mənbələrin payına düşüb. Qazdan alınan enerji isə 38,8% təşkil edib. Bu dövrdə kömürdən alınan enerjinin payı isə cəmi 1% təşkil edib.

İqlim dəyişikliyi üzrə komitənin üzvləri Boris Consona seçkilərdə qalib gəlməsindən sonra məktub yazaraq onu 2030-ci ilə kimi küləkdən alınacaq enerjini 40 qiqavatta çatdırmaq barədə təşəbbüsə qoşulmağa çağırıblar.

© FED