Amerikanın ilkin daşınmaz əmlak bazarında satış sayında illik göstəricisi zəif artsa da aylıq dinamikada sürətlənmə müşahidə edilir.
Amerikanın statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, ilkin mənzil bazarında illik satış sayı oktyabrda 710 mindən 719 minə yüksəlib. Aylıq artım isə müsbət 1.3% olub.
Mütəxəssislər illik artımın 734 minə çatacağını, aylıq dinamikanın mənfi 2.7%-dən mənfi 0.3%-ə yüksələcəyi proqnozlaşdırırdılar.