DÜNYA

19 Dekabr

Putin 15-ci böyük mətbuat konfransını keçirəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada Beynəlxalq Ticarət Mərkəzində ənənəvi böyük mətbuat konfransını keçirəcək.

Fins.az-a  “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu, Putinin 2001-ci ildən keçirdiyi 15-ci konfrans olacaq.

Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, dövlət başçısı buna əvvəlcədən hazırlaşmağa başlayıb: “Prezident bunun üçün nazirlər, Baş Nazir müavinləri, federal qurumların rəhbərləri ilə danışaraq ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı bütün məlumatları yeniləyib”.

Qeyd edək ki, Putinin sonuncu konfransı akkreditə olunmuş jurnalistlərin sayına görə (1895 nəfər) rekord vurub. Ötən il Beynəlxalq Ticarət Mərkəzində 1702 jurnalist toplanıb.

Mətbuat nümayəndələrinin ən çoxunu regional media təmsil edəcək. Siyahıda bir çox federal və xarici medianın nümayəndələri də var.