DÜNYA

18 Dekabr

Qlobal risklər və Yaponiyanın daxili bazarında zəifləmə

Beynəlxalq valyuta birjalarında böyük maraqla gözlənilən Yaponiyanın ticarətinə dair fundamental göstəricilər mənfi açıqlansa da mənf saldo az artıb.

Yaponiyanın ixracı azaldığı üçün ticarət balansında mənfi saldo yaranıb. Lakin idxalın daha sürətlə azalması, ixracın isə zəif azalması, mənfi saldonun proqnozlaşdırılandan daha az artmasına səbəb olub. 

Yaponiyanın statistika idarəsinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, ölkəyə idxal olunan məhsulların həcmi noyabrda 15.7%, ixrac olunan məhsulların həcmi isə 7.9% azalıb. Nəticədə oktyabrın 17.3 milyard yenlik müsbət saldosu 82.1 milyard yenlik mənfi saldo ilə əvəz edilib. 

Mütəxəssilər idxalın 12.7%, ixracın 8.6% azalacağını, mənfi saldonun isə 369 milyard yen olacağını proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki. ixracda artım qlobal iqtisadiyyatın, idxal isə daxili bazarın tendensiyasından xəbər verir