Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Dövlət Xidməti mebel istehsal edən şikətlər ilə məhsul və qüsurlarla bağlı görüşüb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mebel istehsalı və satışını həyata keçirən iri bazar iştirakçıları ilə görüş keçirilib.

Fins.az xəbər verir ki, mebel istehsalı və satışı ilə əlaqədar cari ildə Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri müzakirə edilib. Vurğulanıb ki, şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir. Müzakirə zamanı həmçinin, sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi və quraşdırmanın qüsurlu aparılmasından irəli gələn məsələlərə diqqət yetirilib.

Görüşdə həmçinin, Dövlət Xidməti tərəfindən vətəndaş müraciətləri ilə bağlı şirkətlərə ünvanlanan sorğulara qısa müddətdə və ətraflı cavab verilməsi məsələsi qaldırılıb. Qeyd edilib ki, ötən dövrə nəzərən müsbət tendensiyalar müşahidə olunsa da, bəzi sahibkarların sorğulara formal yanaşaraq onları ətraflı cavablandırmaması kimi problemlər də qalmaqdadır. Bildirilib ki, müraciətlərin ədalətli araşdırılması yalnız sahibkarların və istehlakçıların qərəzsiz və doğru məlumatları əsasında aparıla bilər.

Tədbirdə çıxış edən sahibkarlar bu cür görüşlərin bazar iştirakçıları üçün faydalı olduğunu bildiriblər. Qeyd olunub ki, təmsil etdikləri sahədə sahibkarları birləşdirən təşkilatların rolunun artırılması istehlakçılara göstərilən xidmətlərin daha keyfiyyətli olması üçün şərait yarada bilər.

Sahibkarlara satış zamanı istehlakçıların tam məlumatlanmasına, sifariş verilən məhsulların təhvil-təslim qaydalarına riayət olunmaqla təqdim edilməsinə və istehlakçı müraciətlərinin ətraflı araşdırılmasına diqqətin artırılması tövsiyə olunub.

SHARE THIS STORY

FacebookTelegramTwitter