Deutsche Bank-dan türk lirəsi proqnozu

Deutsche Bank, pul siyasətində dəyişiklik olmadığı müddətdə türk lirəsinin zəifləməsinin yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırıb.

Fins.az xəbər verir ki, bank öz təhlilində bildirib ki, bazarlar artıq TCMB-dən 100 baza bəndi fövqəladə faiz artımına uyğun mövqe tutmağa başlayıblar.
Deutsche Bank, dərc etdiyi araşdırma hesabatında bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları hökumətin TL-nin ucuzlaşması və yüksək inflyasiyadan hələ də narahat olmadığını göstərir.

Bazarların, o cümlədən, dollarlaşmanın artmasını gözlədiyini bildirən Deutsche Bank, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) növbəti addımının necə olacağını proqnozlaşdırmağın çətin olduğunu və bunun böyük ölçüdə bankların fəaliyyətindən asılı olduğunu vurğulayıb.

TCMB-nin şifahi müdaxiləsinin məzənnəni sabitləşdirmək üçün kifayət etmədiyini bildirən bank, daha aqressiv yanaşmanın lazım olduğunu, lakin bunun arzulanıb-istənilməməsinin şübhəli olduğunu bildirib. Bank, hökumət siyasətindəki dəyişikliyi nəzərə alaraq, dərhal faiz artımının mümkün olmadığını açıqlayıb.

SHARE THIS STORY

FacebookTelegramTwitter