Əsas xəbərlər
Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

Dələduzlar 500.000 dollarlıq kriptovalyuta oğurlayıblar

Keçən həftənin sonunda dələduzlardan ibarət bilinməyən qrup istifadəçilərdən 500.000$ dəyərində kriptovalyuta oğurlayıb. Check Point Research şirkətinin sözlərinə əsasən dələduzlar Google Ads reklam kampaniyasını işə salıblar və həmin reklam elanları istifadəçiləri məşhur Phantom App və MetaMask kriptovalyuta portmanatlarının əsl saytlarını kopyalamış saxta saytlara yönləndiriblər. Saxta saytların xarici görünüşcə əsl saytlara bənzəmələrindən əlavə olaraq saxta versiyaların URL ünvanları da oxşar olublar. Məsələn phantom.app ünvanlı sayt üçün phantonn.app ünvanlı saxta sayt yaradılıb.

    İstifadəçi bu cür saxta sayta daxil olandan sonra öz istifadəçi hesabına keçid etməyə çalışır. Dələduzlar isə bu anda istifadəçi hesabının məlumatlarını oğurlayırlar. İstifadəçi yeni kriptovalyuta portmanatı yaratmaq istədikdə ona kriptovalyuta portmanatının bərpası üçün nəzərdə tutulmuş gizli söz təqdim edilir. Həmin gizli sözü saxta saytda qeyd etməklə istifadəçi dələduzun istifadəçi hesabına giriş etmiş olur. Nəticədə həmin istifadəçi hesabının portmanatına göndərilmiş istənilən vəsait dələduzun əlinə keçir.

  Phantom ilə MetaMask Solana və Ethereum kriptovalyutaları üçün nəzərdə tutulmuş ən məşhur portmanatlar sırasındadırlar. Reddit forumu sayəsində təyin etmək olub ki, keçən həftənin sonunda dələduzlar Google Ads reklam kampaniyası sayəsində 500.000$ vəsait oğurlayıblar. Mütəxəssislər belə bir qənaətə gəliblər ki, dələduzlar artıq Google-dakı axtarış reklamlarına üstünlük verirlər və bu üsul özünü effektiv şəkildə göstərir. Bu məsələdə dələduzlar tərəfindən aldadılmamaq üçün istifadəçilər öz portmanat resurslarının ünvanlarını doğru şəkildə bilməlidirlər.

SHARE THIS STORY

FacebookTelegramTwitter