“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioriteti çərçivəsində artıq 28 yaşayış məntəqəsinə qayıdış təmin edilib və əhalinin sayı təxminən 55 min nəfər ətrafındadır.
Finss.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
Onun sözlərinə görə, onların təqribən 20 min nəfərə qədəri keçmiş məcburi köçkünlərdir:
"Yerdə qalan əhali isə icra hakimiyyəti strukturlarında, tikintidə və digər şirkətlərdə çalışanlardır. Növbəti ilin sonunadək, yəqin ki, biz 100 minlik həddi alacağıq. Yəni 100 mindən çox keçmiş məcburi köçkünlərin geri qayıdışı baş tutacaq.”
O əlavə edib ki, azad olunmuş ərazilərdə qısa müddətdə nəqliyyat-logistika ilə bağlı 500 km-dən artıq avtomobil yolu çəkilib, 120-130 km uzunluğunda dəmir yolu xətti çəkilib. Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 75%-i tamamlanıb.
Fuad Mədətov
Finss.az