Finss.az-ın məlumatına görə, 20 sentyabr 2025-ci il tarixində “İnklüzivliyin Sirri 4” Forumu baş tutub. Tədbir “Inclusive Organization Company”, “Bayraqdar” İctimai Birliyi, “Sara Xatun Mədəni Maarifçilik” İctimai Birliyi və “Ümidlə Gəl” xeyriyyə layihəsinin təşəbbüsü ilə, Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatı, “İDDO” Psixi Sağlamlıq Proqramı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, “Azərbaycan Uşaqları” İctimai Birliyi, “Samra Center” Uşaq İnkişaf Mərkəzi, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi və Yeni Klinikanın rəsmi tərəfdaşlığı ilə Yeni Klinikada təşkil olunub.
Forum “Konstitusiya və Suverenlik ili” çərçivəsində nitq məhdudiyyətli şəxslərə və inklüziv təhsilə həsr olunmuşdu. Tədbirin əsas məqsədi nitq məhdudiyyətli şəxslərin təhsil sisteminə inklüziv inteqrasiyası, qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması və klinik-pedaqoji yanaşmaların təqdim olunması olub.
Forum 3 panel üzrə təşkil olunub:
- İnklüzivliyin Sirri
- İnklüziv Təhsil
- Nitq Məhdudiyyətli Şəxslər
Açılış nitqləri ilə Yeni Klinikanın direktoru Barat Yusubov və millət vəkili Məzahir Əfəndiyev çıxış ediblər.
1-ci panel – “İnklüzivliyin Sirri”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri və “İDDO Psixi Sağlamlıq” Proqramının rəhbəri Jalə Əhmədova, millət vəkili Vüqar İskəndərov, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə və Hazel şirkətinin rəhbəri Sakit Səmədov mövzu ətrafında müzakirələr apararaq auditoriyanın suallarını cavablandırıblar.
2-ci panel – “İnklüziv Təhsil”
Millət vəkili Ceyhun Məmmədov “İnklüziv təhsil və onun perspektivləri” mövzusunda çıxış edib. Daha sonra Bahar Bayramlı (Samra Center), Samirə Həsənova (Sabah Təhsil Departamenti), Günay İsmayılova (Inclusive Edu Academy və İnklüziv.az) və Ülviyyə Hüseynli (pedaqoq və beynəlxalq təlimçi) mövzunu zənginləşdirən təqdimatlar ediblər.
3-cü panel – “Nitq Məhdudiyyətli Şəxslər”
“Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev paneli açıb. Daha sonra Fidan Mərdəliyeva (Melior kids), Esmira Hüseynova (Esminur Tədris Mərkəzi Mini Bağça), Fəridə Quluzadə (Sən 1 Sən) və Esmira Qafarova (“Qüsursuz Nitq” Psixologiya Mərkəzi) çıxış edərək nitq məhdudiyyətli şəxslərin maarifləndirilməsinə töhfə veriblər.
Forum çərçivəsində iştirakçıların sualları cavablandırılıb, “coffee break” fasiləsi təşkil olunub. Tədbirin foye hissəsində Milk Choco-art tərəfindən catering xidməti göstərilib, Rəhimə Mənsimzadə təşəkkürnamə ilə təltif olunub.
Sonda panel spikerlərinə təşəkkürnamələr təqdim edilib və xatirə fotosu çəkilib.

















