ABB ASC Daxili Audit Departamenti auditor, aparıcı auditor və ya baş auditor vəzifəsinə vakansiya elan edib. Bank özünə və peşəkar qabiliyyətlərinə güvənən, fərdi inkişafa önəm verən və komandanın fəal üzvü olmaq istəyən namizədləri müraciət etməyə dəvət edir.
Finss.az xəbər verir ki, vəzifə öhdəliklərinə proses və strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət mexanizmlərinin effektivliyinin təhlili, requlyativ tələblərə uyğunluğun qiymətləndirilməsi, beynəlxalq standartlara əsaslanan audit layihələrinin icrası və idarə olunması daxildir. Namizəd həmçinin maliyyə hesabatlarının dəqiqliyini yoxlayacaq, aktivlərin idarə olunması və xərclərin səmərəliliyini təhlil edəcək, yerində və məsafədən audit aparacaq, hesabatlar hazırlayacaq və tövsiyələrin icra vəziyyətini izləyəcək.
Namizədlərdən bank sektorunda ikinci müdafiə xətti və ya daxili audit sahəsində ən azı 1 il təcrübə, aidiyyəti ali təhsil və/və ya sertifikatlar, yüksək analitik düşüncə, təşəbbüskarlıq, ünsiyyət bacarığı, Azərbaycan, İngilis və ya Rus dili bilikləri, eləcə də Microsoft Office və ya data analitika proqramlarında işləmə bacarığı tələb olunur.
Maliyyə, risklərin idarə edilməsi və data analitika sahəsində təcrübəsi və beynəlxalq sertifikatları olan namizədlərə üstünlük veriləcək. Müraciət elektron formada bankın rəsmi karyera portalı vasitəsilə qəbul edilir.
Fuad Mədətov
Finss.az
Əlavə bax: Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunan “Şövkət” filmi çəkildi