Bank Respublika ASC Risklərin İdarə Edilməsi Departamentində Monitorinq şöbəsinin mütəxəssisi/baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.
Finss.az xəbər verir ki, namizəd filialların kredit portfelini hesabatlar əsasında təhlil edəcək, şübhəli halları aşkar edəcək və kreditlərin keyfiyyətini qiymətləndirəcək. Həmçinin, monitorinq zamanı müəyyən olunan risk və nöqsanlar barədə rəhbərliyə məlumat verəcək, zəruri hallarda daxili qayda və prosedurlarda dəyişiklik tövsiyələri hazırlayacaq və monitorinq nəticələri üzrə hesabatları təqdim edəcək.
Vakansiya üçün tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və Biznesin idarə edilməsi);
- Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi;
- MS Office proqramlarında bilik, analitik düşünmə və mütəmadi ezamiyyətlərə gedə bilmək;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Risk sahəsi üzrə sertifikatlar üstünlükdür.
İş tam ştatdır. Daha ətraflı məlumat və müraciət üçün: Bank Respublika vakansiyası.
Əlavə bax: Azərbaycanda 2025-2026-cı illər inflyasiya proqnozu açıqlanıb