Cəmiyyət

31 İyul

Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasına yeni baş katib təyin olunub

Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası İctimai Birliyinin növbəti iclası keçirilib.

Finss.az xəbəeverir ki, iclasda Lamiyə Xəlilova yekdil qərarla sözügedən assosiasiyasının baş katibi təyin olunub.

Məlumat üçün bildirək ki, L.Xəlilova Nəqliyyat və Logistika üzrə The Chartered Institute of Logistics and Transport (CILT) tərəfindən akkreditasiya edilmiş MILT statuslu beynəlaxlq dərəcəli mütəxəssisdir, o cümlədən beynəlxalq təşkilat olan WILAT-ın (Women In Logistics And Transport) Azərbaycan üzrə əlaqələndiricisidir. O, həmçinin layihələrin idarəedilməsi sahəsində The IASSC Certified Lean Six Sigma Yellow Belt™️ (ICYB™️) sertifikatına, habelə nəqliyyat, logistika və layihə idarəçiliyi sahələrində 15 ildən artıq praktiki təcrübəyə malikdir. L.Xəlilova hazırda Azərbaycan Texniki Universiteti (AzTU) və Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur.

Qeyd edək ki, Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası 2021-ci ilin iyun ayında yaradılıb. Assosiasiyanın əsas məqsədi dövlət orqanları ilə sıx əməkdaşlıq, bu sahədə fəaliyyət göstərən regional, beynəlxalq assosiasiyalar və konfederasiyalar   arasında kommunikasiya quraraq, ölkəmizin tranzit potensialını dünyada təbliğ etmək, təlim və təcrübə proqlamları vasitəsi ilə milli kadrları yetişdirməklə Azərbaycanda logistika bazarını inkişaf etdirməkdir. Hazırda 33 üzvü olan Assosiasiyanın 7 nəfərdən ibarət İdarə Heyəti var, sədri Kamran Həbibovdur.