2025-ci ilin iyun ayında “Azərbaycan Dəmir Yolları” ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu üzrə sərnişin daşımalarını ötən ilin eyni dövrü ilə müqayisədə 32% artırıb.
Finss.az xəbər verir ki, cari ilin yanvar-iyun aylarında sərnişin daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 4 648 444 nəfərə çatıb.
2024-cü ilin ilk altı ayında bu göstərici 3 850 341 nəfər təşkil edib
Fuad Mədətov
Finss.az