Finss.az - Son vaxtlar vergi orqanlarının nağdsız ödənişlərin təşviqi və POS-terminalların istifadəsinə nəzarəti artırılıb.
Bu çərçivədə “Baristica” MMC-də operativ vergi nəzarəti həyata keçirilib.
Nəzarət tədbirləri zamanı POS-terminalların quraşdırılması və istifadəsinə ciddi nəzarət aparılıb. Araşdırmalar zamanı bəzi obyektlərdə POS-terminalların mövcud olmasına baxmayaraq, nağdsız ödənişlərin qəbulundan imtina hallarının olduğu müəyyən edilib.
Müvafiq akt tərtib olunaraq “Baristica” MMC-yə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Vergi orqanları vətəndaşları və biznes subyektlərini nağdsız ödənişlərin təşviqinə dəstək olmağa və qanunvericiliyə əməl etməyə çağırır.