Cəmiyyət

09 İyul

DİN xəbərdarlıq edib

Finss.az - Daxili İşlər Nazirliyi avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara və intizam tədbirlərinə baxmayaraq hələ də avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan sürücülərə rast gəlinir:

"Nəzərə alınmalıdır ki, belə olan halda ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar yolun hərəkət zolağında dayanmalı olur. Bu da sərnişinlərin və piyadaların həyatı üçün ciddi təhlükə yaradır.