Cəmiyyət

03 İyul

Dövlət Məşğulluq Agentliyində yeni təyinat

Finss.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr dəyişiklikləri baş verib.

Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev tərəfindən imzalanan əmrlə Hacıyev Elmar Əliman oğlu Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin müdiri təyin olunub.

Qeyd edək ki, E.Hacıyev bu təyinatdan əvvəl həmin departamentdə müdir müavini vəzifəsində çalışıb.