Cəmiyyət

24 İyun

Azərbaycanda unun topdansatış qiymətləri sabit qalıb

Finss.az - İyunun 23-nə olan məlumata görə, Azərbaycanda 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26,6–28,2 manat intervalında dəyişib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Agentliyin açıqlamasına əsasən, paytaxt Bakı və Abşeron rayonu üzrə bu göstərici 27–27,8 manat civarında olub. Ölkə üzrə ən ucuz un Şabran rayonunda – 26,6 manata, ən bahalı un isə Gəncə şəhərində – 28,2 manata qeydə alınıb.

Qeyd edək ki, bu göstəricilər iyunun 21-nə olan qiymətlərlə eynidir. Bu isə onu göstərir ki, unun topdansatış bazarında qiymətlərdə dəyişiklik müşahidə olunmur.