Cəmiyyət

20 May

Tibb və sosial sahədə qida normalarının yenilənməsi üçün hüquqi baza yaradılır

Finss.az - Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Yaşayış minimumu haqqında” qanuna təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb.

Təklifə əsasən, tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasları yaradılır.

Layihəyə uyğun olaraq, minimum istehlak səbətinin tərkibi nəzərə alınaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yeni qida normaları müəyyən ediləcək. Sosial sahəyə aid müəssisələrə sosial xidmət müəssisələri, dövlət reabilitasiya müəssisələri və digər əlaqədar qurumlar daxildir.

Hazırda bu müəssisələrdə qida normaları 1994-cü il tarixli Nazirlər Kabinetinin qərarına əsasən müəyyən olunur. Lakin uzun illər ərzində bu normalarda ciddi dəyişiklik edilmədiyi üçün qida məhsullarının çeşidliliyinin artırılması və xəstəliklərə uyğun qida normativlərinin yenilənməsi zərurəti yaranıb.

Qanun qəbul olunduqdan sonra yeni normalar minimum istehlak səbətinin tərkibinə uyğun olaraq təsdiq ediləcək və tətbiq ediləcək.

© APA