Finss.az - Bakının Xətai rayonu ərazisində, Xətai metrosunun yaxınlığında yerləşən 51 sotluq torpaq sahəsi satışa çıxarılıb.
Ərazidə hazırda 3 ailə yaşayır və sahənin bütün hüquqi sənədləri tam qaydasındadır – ərazi mülkiyyət sənədi (kupça) ilə rəsmiləşdirilib. Ümumilikdə 9 ayrı kupça mövcuddur.
Satış qiyməti 26 milyon manat olaraq göstərilib. Sahəni satan şəxsin bildirdiyinə görə, köçmə məsələsi ilə bağlı heç bir problem yoxdur – ərazidən çıxmağa hazırdır.
Torpaq sahəsi yaşayış təyinatlıdır, lakin yerləşmə mövqeyi və sənədləşməsi onu investisiya baxımından da cəlbedici edir. Bu məkan, çoxmənzilli yaşayış binalarının və ya kommersiya obyektlərinin inşası üçün əlverişli hesab olunur.
Əlavə məlumat və əraziyə baxış üçün WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz: (055) 546 98 30