Finss.az - Superfon şirkəti Aparıcı Mühasib vəzifəsi vakansiya elan edir.
Vəzifə: Aparıcı Mühasib
Son tarix: 06 iyun 2025
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
-
Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının Əmək, Vergi və digər qanunvericiliklərinə uyğun təşkil olunmasına nəzarət etmək.
-
Mühasibat uçotu hesablarında əməliyyatların düzgün əks etdirilməsi, operativ məlumatların təqdim edilməsi və mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətdə hazırlanması.
-
Mal hərəkətinin uçotu, inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının nəzarət altında saxlanılması.
-
Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin, mal qalığının, vergi öhdəliklərinin uçotunu aparmaq.
-
Əmək haqqı, ezam və son haqq hesablarının hesablanması və ödənilməsinə nəzarət.
-
Vergi və digər dövlət orqanları ilə yazışmalar, müvafiq hesabatların hazırlanması.
-
Vergi öhdəliklərinin hesablanması və rəhbərliyə hesabatların təqdim edilməsi.
-
Dövlət büdcəsinə ödənişlərin düzgün və vaxtında köçürülməsi.
-
Məhsul və xidmətlərin maya dəyəri hesabatının hazırlanması.
Tələblər:
-
Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə).
-
3 ildən artıq mühasiblik təcrübəsi (topdan və pərakəndə satış sahəsində).
-
1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı.
-
Vergi Məcəlləsi və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilmək.
-
MS Office proqramlarını, xüsusilə Excel və Power BI bilmək üstünlükdür.
-
Dead-line`larla işləmə bacarığı.
-
Stresə dözümlülük, komanda ilə işləmək bacarığı, qərar qəbulu və prioritetləri müəyyənləşdirmək kimi idarəetmə keyfiyyətləri.
-
Yaş həddi: 25-35.
Təminatlar:
-
Nahar ilə təmin edilmə.
-
Əmək bazarına uyğun rəqabətli əmək haqqı.
-
Korporativ mobil nömrə.
Müraciət qaydaları:
CV-nizi [email protected] ünvanına göndərin və mövzu hissəsində vəzifə adını – “Aparıcı mühasib” qeyd edin.
Bu mövqedə işləmək istəyirsinizsə, CV-nizi vaxtında göndərməyə tələsin!