Finss.az - “PASHA Holding” MMC-nin strukturunda olan “PASHA Management Company” MMC-də yeni təyinat olub.
Banker.az xəbər verir ki, Elvin Əlizadə ” PASHA Management Company”nin yeni baş maliyyə inzibatçısı (CFO) təyin edilib.
O, 2022-ci ilin sentyabr ayından bu təyinata qədər ” PASHA Management Company” MMC-də maliyyə direktoru kimi çalışıb.
Elvin Əlizadə 2021-ci ilin sentyabr ayından ADA Universitetinin müəllimidir. Həmçinin, Xəzər və Qərb universitetlərində müəllim kimi çalışıb.