Cəmiyyət

28 Aprel

Paytaxt bazarlarında tərəvəz qiymətlərində enmə başlayıb

Finss.az - Paytaxt bazarlarında bəzi tərəvəz məhsullarının qiymətində azalma müşahidə edilir.

Ötən həftə kiloqramı 5 manata satılan Qazax və Şəmkir pomidorlarının qiyməti bu gün 3 manat 50 qəpiyə enib. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə bu məhsulların qiymətləri daha ucuz olub. Hazırda bazarlarda pomidor 3 manatdan, xiyar isə 2 manatdan aşağı qiymətə tapılmır.

Satıcıların sözlərinə görə, ötən illə müqayisədə tərəvəzlərin qiymətində iki-üç dəfə artım qeydə alınıb.

Kartofun kiloqramı 1,5-2 manat arasında dəyişir, yeni kartofun qiyməti isə 4 manata çatıb. Soğan bazarda 80 qəpik - 1 manata, göyərti 1 dəstə 10 qəpiyə, bibər isə 30 qəpiyə təklif olunur və kiloqramı 2 manata satılır.

Satıcılar, havaların istiləşməsi ilə yanaşı, qiymətlərdə daha çox enmə gözləyirlər.