Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) adlı beynəlxalq akselerasiya proqramı çərçivəsində infosessiyalara başlayır.
“Enterprise Azerbaijan” portalının əməkdaşları tərəfindən paytaxtda və regionlarda yerləşən ali təhsil müəssisələrində, aidiyyəti təşkilatlarda, həmçinin beynəxalq səviyyədə layihə ilə bağlı görüşlər keçiriləcək, proqram barədə məlumat veriləcək, maraqlı tərəflərin sualları cavablandırılacaq.
“Green and Digital Silk Road” beynəlxalq akselerasiya proqramı “Enterprise Azerbaijan” portalının təşəbbüsü və təşkilatçılığı ilə ABŞ-nin Nevada Universitetinin (University of Nevada, Reno) Özmən Sahibkarlıq Mərkəzi (Ozmen Center for Entrepreneurship) və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi (Deutsches Forschungszentrum für Künstliche Intelligenz) ilə birgə keçirilir. Sözügedən akselerasiya proqramı 3 ildir fəaliyyət göstərən startap məktəbi (Startup School 3) çərçivəsində reallaşdırılır.
Akselerasiya proqramına müraciət 2025-ci il iyun ayının 1-ə kimi davam edəcək. Bu müddətdə proqram haqqında ətraflı məlumat almaq, həmçinin layihəyə tərəfdaş kimi qoşulmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

Zemfira Ms
Finss.az