Finss.az - A - Group Sığorta şirkəti həkim-koordinator vəzifəsinə vakansiya elan edir.
Son tarix: 21 may 2025
İş barədə məlumat:
-
İş rejimi: 2 növbəli
-
Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat
-
Tibbi sığorta qarşılanır
Vəzifə öhdəlikləri:
-
Çağrı Mərkəzinə daxil olan müştəri sorğularını (zənglər, WhatsApp, mail, sms, mobil tətbiq, websayt) operativ cavablandırmaq;
-
Xidmətin keyfiyyətini artırmaq üçün müştəri rəylərini toplamaq və müştərilərlə məhsuldar tərəfdaşlıq münasibətləri qurmaq;
-
Çağrı Mərkəzinə müraciət edən sığortalının şikayətlərini dinləyərək düzgün yönləndirmək;
-
Şirkətin çağrı mərkəzində tələb olunan məlumatları qeydiyyata almaq;
-
Klinikalardan, aptek və optikalardan daxil olan sorğuları sığorta planı və daxili prosedurlara uyğun cavablandırmaq;
-
Həkim-koordinatorun səlahiyyətindən xaric məsələləri vaxtında səlahiyyətli şəxsə ötürmək;
-
Klinikalarda hospitalizasiyanı, daşınmanı, təcili yardımın təşkilini təmin etmək;
-
Rəhbərlik tərəfindən verilmiş reyestrləri və yeni sığortalıların siyahılarını bazaya daxil etmək;
-
Hesabatlar hazırlamaq və müvafiq əməkdaşlara təqdim etmək;
-
Problemləri vaxtında müəyyənləşdirib həll yollarını tapmaq;
-
Yenilikçi yanaşmalarla işin daha yaxşı aparılması üçün təkliflər vermək.
Tələblər:
-
Ali tibbi təhsil
-
Sığorta sahəsində təcrübə arzuolunandır
-
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı (ingilis dili arzuolunandır)
-
Güclü ünsiyyət qurmaq bacarığı
-
Müştəri yönümlü və stressə davamlı olmaq
-
MS Office proqramlarını yaxşı bilmək
-
Komandada işləmək bacarığı
-
Detallara diqqət yetirmək bacarığı
Maraqlanan şəxslər CV-lərini, mövzuda “Həkim-Koordinator” qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər.