Finss.az - SF Azərbaycan, Kredit mütəxəssisi vəzifəsinə təcrübəli və məsuliyyətli namizədlər axtarır.
Bu vəzifə üzrə ideal namizəd aşağıdakı tələblərə cavab verməlidir:
Tələblər:
-
Təhsil: Ali və ya peşə məktəbi/orta ixtisas təhsili;
-
Dil bilikləri: Səlis Azərbaycan dili, rus dili (arzuolunandır);
-
Təcrübə: Kreditin verilməsində ən azı 6 (altı) ay iş təcrübəsi;
-
Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarında yaxşı biliklər;
-
Şəxsi keyfiyyətlər: Aydın fikir ifadə etmə bacarığı, səlis və aydın intonasiya ilə danışıq qabiliyyəti; Kompyuterdə çevik işləmə qabiliyyəti.
Görəcəyiniz işlər:
-
Müvafiq təlimata əsasən müəssisənin filialına yaxınlaşan müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək;
-
Müəssisənin məhsulları və xidmətləri haqqında müştərilərə ətraflı məlumat vermək, müştərilərin suallarını cavablandırmaq;
-
Kredit üçün müraciət anketinin dolğun və səhvsiz doldurulmasına kömək etmək;
-
Müştərilərlə biznes etikası standartlarına uyğun ünsiyyət qurmaq;
-
Müştəri müraciətlərini qəbul edərkən təmkinliklə stress, qəzəb və ya mübahisəli halları idarə etmək;
-
Müştərilərin çətinliklərini müvafiq səlahiyyət çərçivəsində həll etmək;
-
Onlayn Çat Xidməti vasitəsilə müştəri suallarına sürətli cavab vermək.
Şərtlər:
-
İş vaxtı: Növbəli iş rejimi (gündüz vaxtları);
-
Əmək haqqı: 600 AZN (net) + 600 AZN (KPI);
-
İş yeri: Rövşən Cəfərov küçəsi, 20 Yanvar, Əcəmi m/s və 3 kruqu.
Biz təklif edirik:
-
Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
-
Müasir idarəetmə sistemi və mehriban kollektiv;
-
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti;
-
Tibbi sığorta təminatının verilməsi (işə başladığdan 3 ay sonra);
-
“Team building” tədbirləri.
Müraciət üçün: Maraqlanan namizədlər bu linkə daxil olaraq müraciət edə bilərlər.