Cəmiyyət

07 Aprel

Azersun Holdinq Vakansiya elan edib

Finss.az - Azersun Holding - İstehlakçı Araşdırmaları üzrə Mütəxəssis vakansiyası elan edib.

Son tarix: 04 may 2025

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat sahəsində)

  • Minimum 1 il təcrübə (Data Emalı, Statistika, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələrdə)

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı

  • B kateqoriyalı sürücülük vəsiqəsi

  • Ünsiyyət qurma, inandırma qabiliyyəti, səlist danışma bacarığı

Vəzifə öhdəlikləri:

  • Araşdırmada iştirak edəcək respondentlərin seçilməsi, müsahibə bələdçilərinin hazırlanması və təşkilati məsələlərin həlli

  • Dərinləməsinə müsahibələr, fokus qrupları və digər keyfiyyət araşdırma fəaliyyətləri həyata keçirmək, iştirakçıların fikirlərini qeydə almaq

  • Kodlaşdırma üsullarından istifadə edərək məlumatların transkripsiya və təhlili, əsas mövzuları və nümunələri müəyyənləşdirmək

  • Tədqiqat nəticələrini ətraflı şəkildə hesabatlara yığmaq, həyata keçirilə bilən tövsiyələr təqdim etmək

  • Tapıntıları müştərilərə effektiv şəkildə çatdırmaq və təqdimatlarda iştirak etmək

  • Tədqiqat etikasına əsaslanaraq məlumatların məxfiliyini təmin etmək

  • Qida trendləri və metodologiyaları ilə bağlı yenilikləri izləmək

  • Sorğu anketinin tərtibi və sahədə icrası üçün dəstək vermək, sahə məlumatlarının dəqiqliyinə nəzarət etmək

  • Araşdırma nəticələrinin ilkin təhlili və yekun hesabatın hazırlanmasında iştirak etmək

  • Məlumatların tutarlılığı, bütövlüyü, yenilənməsi və təhlükəsizliyinə nəzarət etmək

  • Gizlilik dərəcəli sənədlərin qorunması və məlumatların aidiyyəti olmayan şəxslərə ötürülməsinin qarşısını almaq

  • Əmanət edilmiş maddi və texniki vəsaitlərin düzgün istifadəsini təmin etmək

  • Əlaqədar iş hədəflərinin həyata keçirilməsi üçün fəaliyyətlərə nəzarət etmək

  • Vəzifə təlimatına əsasən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək

İş Haqqında Məlumat:

  • Müəssisə: Sun Food MMC

  • İş Qrafiki: Həftə içi 5 gün

  • İş Yeri: Bakı şəhəri

Müraciət: Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçtuna göndərə və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində "İstehlakçı Araşdırmaları üzrə mütəxəssis" qeyd etməyiniz xahiş olunur.