Cəmiyyət

07 Aprel

PASHA Bank vakansiya elan edib

Finss.az - Kredit İnzibatçılığı Şöbəsinin Korporativ Qrupunun Mütəxəssisi

Şirkət: PASHA Bank
Vəzifə: Kredit İnzibatçılığı Şöbəsinin Korporativ Qrupunun Mütəxəssisi
Son Müraciət Tarixi: 3 May 2025
İş Yeri: Bakı, Azərbaycan

Vəzifə və Məsuliyyətlər:

  • Sənədlər toplusu üzrə bütün lazımi sənədlərin tamlığının yoxlanılması

  • Müqavilələrin yoxlanılması

  • ABS-də kredit şərtlərinin hazırlanması

  • ABS-ə daxil edilən məlumatların yoxlanılması və təsdiqlənməsi, monitorinq edilməsi

  • Girov və təminatların ABS-də yoxlanılması və təsdiqlənməsi, monitorinq edilməsi

  • Şöbəyə daxil olan sorğuların cavablandırılması

  • Gündəlik edilən icra əməliyyatlarının yoxlanılması və təsdiqlənməsi

  • Maliyyə arayışlarının yoxlanılması

  • Kredit fayllarının tamamlanmasının yoxlanılması

  • Şərtlərin “Covenant List” bölməsinə düzgün doldurulmasına nəzarət edilməsi

  • Əməliyyatların dəqiq qeydiyyatı və lazımi məlumatın elektron məlumat bazasına doldurulması

  • Bankın effektiv kredit əməliyyatlarının icrasına dəstək

  • Müştərilərlə ünsiyyətin qurulması, kredit məsələləri ilə bağlı izahatların verilməsi

  • Fondların tələblərinə uyğun işlərin görülməsi

  • ABS ilə bağlı məsələlərin test edilməsi və yeni məhsulların yaradılmasında iştirak

  • Daxili qaydalara uyğun işlərin icrası

  • Kredit məhsulları ilə bağlı sualların cavablandırılması

  • Tələb olunan hesabatların hazırlanması

Tələblər:

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili

  • İş Təcrübəsi: Kredit inzibatçılığı üzrə minimum 3 il təcrübə

  • Xarici Dillər: İngilis dili (orta), Rus dili (orta), Azərbaycan dili (yüksək səviyyədə)

  • Kompüter Bilikləri: Microsoft Office

  • Məhsul üzrə Biliklər: Müvafiq daxili siyasət və prosedurlar, qanunvericilik bilikləri

Vakansiya Haqqında Əlavə Məlumat:

İşinizdə uğurlar arzulayırıq!