Finss.az - Novruz bayramı tətilindən sonra, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 25, 26, 27 və 28 mart tarixlərində iş günü olacaq.
Eyni zamanda, 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi, zəruri təmir-bərpa işləri ilə əlaqədar olaraq aprelin 7-dək fəaliyyətini qismən məhdudlaşdırılmış formada davam etdirəcək.
Bu dövrdə mərkəzin bəzi xidmətləri müvəqqəti olaraq əlçatan olmayacaq. Məlumat üçün müştərilərə alternativ xidmət kanallarından istifadə tövsiyə olunur.