Finss.az - Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Dyör-Moşon-Şopron bölgəsində dabaq, Rumıniyanın Bixor bölgəsində xırdabuynuzlu heyvanların taunu, Albaniya Respublikasının Dürres bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Dyör-Moşon-Şopron bölgəsindən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların, Bixor bölgəsindən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin qeyd olunan ev heyvanlarından alınan məhsulların, Dürres bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Zemfira Ms
Finss.az