Finss.az - 11 mart tarixində Bakı KOB Evində sahibkarlar üçün B2G formatında görüş təşkil ediləcək.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məlumatına görə, görüşdə Azərbaycan Metrologiya İnstitutunun mütəxəssisləri tərəfindən metrologiya sahəsində yeniliklər və biznesə təsir edən tənzimləmələr, ölçmə və kalibrləmə xidmətləri, məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması və metroloji tələblər haqqında ətraflı məlumatlar təqdim olunacaq.
Qeyd edək ki, institutun verdiyi kalibrlənmə sertifikatları dünyanın 100-dən çox ölkəsində tanınır.