Finss.az - Bu ilin yanvar ayında ölkədə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 6,1 milyard manat (ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox) olub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, aylıq dövriyyənin 78,8 faizini pərakəndə ticarət, 18,1 faizini əhaliyə göstərilmiş ödənişli xidmət, 3,1 faizini isə ictimai iaşə təşkil edib. Son 1 ildə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri 4,8 faiz artaraq 5,9 milyard manata çatıb, onun 46,6 faiz fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ayında bir istehlakçı orta hesabla 601 manat və yaxud 1 il əvvələ nisbətən 52 manat çox vəsait xərcləyib.