Finss.az - 2024-cü il ərzində qeyri-yaşayış sahəsinə dair 646 yeni icarə müqaviləsi bağlanılıb.
Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 7,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, eyni zamanda, ötən il ərzində dövlət mülkiyyətində olan torpaq sahəsinə dair 3453 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat məbləğində vəsait ödənilib.
Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü il ərzində 4099 yeni icarə müqaviləsi bağlanılıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 15 faiz artıb.
Ötən il ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 37,6 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım qeydə alınıb.
